Musiqili Teatrın kollektivi Tahir Salahovun sərgisində
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Bakı Expo Mərkəzində Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyi münasibəti ilə təşkil olunan sərgidə olub.
Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, çoxsaylı ziyarətçilər tərəfindən maraqla qarşılanan sərgidə teatrın əməkdaşları da iştirak ediblər, onlar nümayiş olunan sənət əsərlərini seyr etdikcə heyranlıqlarını gizlətməyiblər. Sərginin iştirakçıları xatirə şəkilləri də çəkdiriblər.
Dörd min kvadrat metrlik sahəni əhatə edən ekspozisiyada Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur.
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...
-
Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
...
-
Leyla və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində - Fotolar
...
-
CinemaPlus-da “Efsane” filminin qala gecəsi keçirilib
...
-
"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
...
-
Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası “CinemaPlus”da
...
-
Rəfiqə Axundovanı da itirdik
...
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...