Arzu Əliyeva “Miras”ın təqdimatında - Fotolar
Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” bədii-sənədli filminin təqdimatı olub.
Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, dövlət rəsmiləri, mədəniyyət xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Nobel Oil” şirkətinin sponsorluğu ilə ərsəyə gələn filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.
Film üzərində bir ilə yaxın iş aparılıb. Çəkilişlər Bakı və onun ətraf kəndləri, Şəki, İsmayıllı şəhərləri və Belarus Respublikası da daxil olmaqla 30 məkanda həyata keçirilib. Filmdə 100-dən artıq pəşəkar aktyor çəkilib. Kütləvi səhnələrin çəkilişlərində isə 1500-ə yaxın insan iştirak edib. Ümumilikdə film üzərində iki minə yaxın adamın zəhməti var.
“Miras” bədii-sənədli filminin prodüseri Orman Əliyev, ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu operatoru Vladimir Artemyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir. Filmin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, Rusiya, Belarus və Gürcüstandan dəvət olunmuş kinomotoqrafçılar iştirak edib.
-
Separatçılar ağ bayraq qaldırdı - Yevlaxda görüşə razılaşdılar
...
-
Azərbaycan ermənilərin “Mortira”sını belə məhv etdi - Video
...
-
Mövqelərimiz intensiv atəşə tutulur
...
-
Xankəndidə TOR Zenit-Raket kompleksi belə məhv edildi - Video
...
-
Qarabağda antiterror tədbirlərinə başlanıldı - MN
...
-
Növbəti erməni təxribatı - 2 hərbçimiz yaralandı
...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
...
-
“Zod istiqamətində əlavə qüvvə cəmləşdirilməsi məlumatı yalandır”
...
-
Ermənistan zərbə PUA-sı tətbiq etdi - Daha 2 hərbçimiz yaralandı
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...