“Bu, nazirliyin səlahiyyəti çərçivəsində deyil” - Əbülfəs Qarayev
“Bakının Qaradağ rayonunun Puta qəsəbəsində tapılan meyit qalıqlarının şair Mikayıl Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək üçün aparılan araşdırmalar davam etdirilir, müxtəlif ekspertizalar keçirilir".
Bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu, bir günə başa çatdırılması mümkün olan proses deyil: “Bu, müxtəlif alimlərin iştirakı və fərqli analizlərin aparılması ilə həyata keçirilməlidir. Müvafiq dövlət orqanları bununla məşğuldurlar. Təsdiq olunanda, ya da olunmayanda bu haqda bizə xəbər veriləcək, onda biz də ictimaiyyəti məlumatlandıracağıq".
Ə.Qarayev qeyd edib ki, tapılan qalıqların şair M.Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək Mədəniyyət Nazirliyinin səlahiyyəti çərçivəsində deyil:
“Bunu alimlər müəyyənləşdirəcək. Əgər orada Mikayıl Müşviqə, ya da hər hansı digər bir ədibə, mədəniyyət, incəsənət xadiminə aid meyit qalıqları varsa sözsüz ki, dövlət, Mədəniyyət Nazirliyi lazımi tədbirlər görəcək. Amma ilk növbədə bu məlumatın həqiqət olduğu təsdiqini tapmalıdır. Təsdiqlənməmiş informasiya əsasında hansısa addım atmaq doğru olmaz”.
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...