Uşaq Nevroloji Xəstəxanasının  tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

11:08 25-12-2018 | icon 3769
Uşaq Nevroloji Xəstəxanasının  tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Uşaq Nevroloji Xəstəxanası da belə nümunəvi tibb müəsəssidir.Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Azərbaycan prezidentinin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, ən müasir tibbi avadanlığı ilə təchiz olundu. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xəstəxananın baş həkimi  Məhərrəm həkim buraya baş həkim təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bütün bu işlər baş həkimin təşəbbüsü ilə həyata keçirilib. Bunları biz də gözlərimizlə görmüşük. Buna görə baş həkimə, rəhbərliyə təşəkkür edənlərin çox şahidi olmuşuq. 

Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə valideynlə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, baş həkim Məhərrəm müəllimdən, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 
Məhrrəm həkim işlədiyi bu illər ərzində diqqətli həkim, səriştəli baş həkim kimi tanınmışdır.Yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır. Uşaq Nevroloji Xəstəxanasının kollektivi də Azərbaycan dövlətçiliyinə, xalqına, vətəninə sədaqətlə xidmət edən baş həkimləri Məhərrəm müəllimə güvənir.


Digər xəbərlər

0.29480314254761