Yüksəldikcə çiçəklənən İsmayıllı

08:59 25-12-2018 | icon 2567
Yüksəldikcə çiçəklənən İsmayıllı

Rayonun son 5- 6 ildəki sosial iqtisadi mənzərəsi də bu fikirləri təsdiqləyir. Bir-iki il bundan
öncə İsmayıllı şəhərindəki istirahət parklarından birində iki ağsaqqalın iştirakçısı olduğum bu
barədəki söhbətini xatırladım:
- Qardaş bu kişinin oğlunun qurub yaratmaq, maarifləndirmək, adamların dolanışığı, sosial, ailə
məişət həyatı ilə maraqlanmaq istək və arzusu azalmırki, azalmır. Nə vaxt, nə üçün müraciət
etsən sözünün üstə söz qoydu yoxdur, əksinə xahişin tam həll olunana kimi maraqlanır.
Adamlarla ünsiyyətdə olmağı, iş gününün çoxunu yerlərdə, ictimaiyyət arasında keçirməyi,
görüşlərdə adamlarla birbaşa canlı söhbətə qöşulmağı çox sevir.
Hətta qocalardan birinin – ay kişi Mirdaməd müəllim rayonumuza rəhbər təyin olunandan sonra
İsmayıllının burda və başqa – başqa yerlərdə yaşayan, işləyən ziyalılarının doğum günləri,
yubileyləri qeyd olunur, onlar ismayıllılara tanıdılır. Tikinti, quruculuğumuz da, abadlığımız da
göz qabağındadır. Hara baxırsan adamın ürəyi dağa dönür. İndi İsmayıllı şəhərinin gecələri də
gündüzləri kimi işıqlıdır. Bütün küçələr asfaltlanır, yeni-yeni asudə vaxt keçirən ünvanlar
istifadəyə verilir.
İki ağsaqqalın söhbətindən eşitdiyim fikirlər bütün ismayıllı sevərlərin ürək sözləridir. Doğrudur,
gözü götürməyib, narahatlıq keçirənlər də olur, durulan suları bulandırmaq eşqinə düşənlər də.
Amma bu dırnaqarası arzu və istəklər elə ürəklərdə qalıb xəbisləşir, bu cür xəbisniyyətlər
istəyənin öz başında çatlayır. Çünki, İsmayıllıda regionların sosial iqtisadi inkişaf proqramına
uyğun bir-birinin ardınca həyata vəsiqə alan sosial layihələr sevən, sevindirən ürəklərə yeni təpər,
qollara yeni qüvvət gətirməklə inkişafı daha da sürətləndirir. Zirvəni daha da yaxınlaşdırır. Yaxşı
olar ki, hər şeyi konkret faktların “dili” ilə açıqlayaq. Çox uzağa getməyə ehtiyac yoxdur. Elə
2018-ci ilin ötən doqquz ayında görülən bir sıra işlərin, qazanılan uğurların xronikasına nəzər
salsaq hər şey aydın olar. İlin doqquz ayında İsmayıllıda 193 milyon 33 min manat məbləğində
ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 milon 994
min manat çoxdur. Bu artım sənayedə 51,5, tikinti quraşdırmada 55,1, kənd təsərrüfatında 2,2
faiz təşkil etmişdir. Deməli, İsmayıllıda sənayeləşmə də, qeyri neft sektorunun mühüm qolu olan
kənd təsərrüfatı da yüksələn xəttdə olmuş, tikintiyə, abadlığa, diqqət və qayğı daim diqqət
mərkəzində saxlanılmışdır. Əsas kapitala qoyulan investisiya 2017-ci ilin doqquz ayındakından
1,4 dəfə çox olmuşdur. Sosial təyinatlı obyektlərin sayı İsmayıllıda bəlkə də hər ay artır. Əvvəllər
onları barmaqla sayırdılarsa indi bu siyahı çox böyüyüb. İndinin özündə də bu istiqamətdə
İsmayıllıda aparılan uğurlu işlər yetərincədir. İsmayıllı şəhərindəki 4 ulduzlu otel binasını, “Nial
Gonstrustion” MMC tərəfindən inşa olunan hotel biznes mərkəzini, Tircan kəndi ərazisində “Bədo”
əyləncə istirahət mərkəzini, Talıstan kəndi ərazisindəki “ İstirahət kompleksini” və tikintisi davam
edən çoxlu sayda digər obyektləri buna misal göstərmək olar. İsmayıllının yolları da yenidən
tikilir, əsaslı təmir olunur. 10 kilometr uzunluğunda Keyvəndi – Bilistan və 14 kilometr
uzunluğunda Kürdmaşı – Kəlbənd –Cirək avtomobil yolu əsaslı təmir edilmişdir. Rayonda
qazlaşdırma proqramının həllinə də diqqət unudulmur. Ölkə Prezidenti İlham Əliyevin diqqət və
qayğısı sayəsində Lahıc qəsəbəsi, Ərəgiti, Namazgah, Gəndov və Qaraqaya kəndləri
qazlaşdırılmış və həmin yaşayış məntəqələrinin 978 abonenti təbii qaz yanacağı ilə təmin
olunmuşdur. Rayonun Qalacıq kəndinə də qaz çəkilişinə başlanmışdır. Elektrik enerjisi
təchizatında da görülən işlər, əldə edilən uğurlu nəticələr yetərincədir. Açılışında dövlətin başçısı
İlham Əliyevin iştirak etdiyi 110/35/70 kilovoltluq İsmayıllı yarım stansiyası yenidən qurulmuşdur.
Yarımstansiyanın ümumi gücü artırılaraq 32 meqavata çatdırılmışdır. Rayonun Topçu kəndi
ərazisində tikilən yarımstansiyanın 10 voltluq Qafqaz xətti ilə əlaqələndirilməsi üçün 1,5 kilometr
uzunluğunda 2 dövrəli yeni xətt çəkilir. Bundan sonra Topçu, Buynuz, Sumağallı, İstisu,
Çayqovuşan və Qalaçıq kəndlərinin elektrik enerjisi təchizatı həmin yarım stansiyadan həyata
keçiriləcək.

İsmayıllını hamıya sevdirən ən mühüm amillərdən biri də onun gözəlliyini hər gün artıran
təmizlik məsələsinə bir nömrəli iş kimi yanaşılmasıdır. Bu işin öhdəsindən layiqincə gələn
kommunal müəssisələri kombinatının işçilərini hər gün səhər tezdən axşam düşənə kimi şəhərin
küçə və prospektlərində, parklarında, yaşıllıq zolaqlarında görmək olar.
İsmayıllı Təkcə İqtisadi göstəriciləri ilə yox, dövlət siyasətinə sədaqəti, dövlət rəhbərinin
sərəncam, tapşırıq və göstərişlərinin icrasına məsuliyyətli münasibəti, milli-mənəvi dəyərlər
üzərində ideoloji işin təşkili ilə fərqlənir. Cənab Prezident İlham Əliyevin Azərbaycan dünyasına
bəxş olunduğu gündə - 24 dekabr 2018-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin
İsmayıllı rayon Mədəniyyət Mərkəzində “İstedad sorağında” regional müsabiqənin yekunlarına
həsr etdiyi konsert və qaliblərin mukafatlandırılması bu fərqin ən bariz nümunəsidir.
Öz uğurlu göstəriciləri ilə respublikada öncüllər sırasında duran, İsmayıllının təhsil şöbəsindən
söhbət düşəndə bir fikri daha çox vurğulayırlar ki, bu sahəyə həmişə bacarıqlı, işgüzar, idarəetmə
qabiliyyəti olan, öz ziyalılığı ilə nümunə olmağı bacaran adamlar rəhbərlik ediblər. Bu gün də
belədir. Respublikanın Əməkdar müəllimi Rasim Orucov təhsilin şərəfli yollarını pillə-pillə keçib.
Müəllimliyin də, direktor müavinliyinin və direktorluğun da məsuliyyətindən xəbərdardır. Artıq
neçə illərdir ki, rayon təhsilinə rəhbərlik edir. İsmayıllı məktəblərini qurtarıb bu gün müxtəlif
ünvanlarda fəaliyyət göstərən ziyalıların iştirakı ilə hər il keçirilən təhsil bayramı onun bu sahədəki
tarixini daha da zənginləşdirir. Son 3 ildə İsmayıllıda 4 məktəb binası tikilmiş, 1050 nəfər orta
məktəb məzunu müxtəlif ali məktəblərə qəbul olunmuşdur. 3 nəfər 700 bal toplamış, 4 nəfər
prezident təqaüdünə layiq görülmüşdür. Zəngin və heyranedici flora və faunası, istənilən qədər
gəzməli, görməli yerləri olan İsmayıllı həm də böyük turizm potensialına malikdir. Bura təkcə bu
ilin oktyabrına kimi 82 min 237 nəfər turistin gəlməsi və onların da 9683 nəfərinin xarici turistlər
təşkil etməsi də bunu təsdiq edir.
İsmayıllını sevə-sevə ömür sürənlərin yolu inamla davam etdirilir. Çünki, bu yolun yolçuları
gənclərdir. Rayonda diqqəti çəlb edən ən gözəl amillərdən biri də odur ki, icra başçısı təyin
olunandan bu yana Mirdaməd müəllim gəncliyə daha çox etimad göstərir, idarəetmədə onlara
daha çox üstünlük verilir. Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehovun timsalında bu
fikirlər bir daha təsdiqini tapır. 2018-ci ilin doqquz ayında İsmayıllı gənclər və idman idarəsinin
xətti ilə 36 tədbir keçirilməsi və onların 12-nin respublika əhəmiyyətli olması, idmanın müxtəlif
növləri üzrə həyata vəsiqə alan 50 tədbirin və onların da ikisinin beynəlxalq miqyaslı tədbir
olmasını, qeyd olunan müddətdə respublika yarışlarında 29 qızıl, 8 gümüş, 8 bürünc medal
qazanılması, beynəlxalq yarışlarda isə 3 qızıl, 1 bürünc medal əldə olunması faktları da İsmayıllı
gənclərinin fəallığını təsdiqləyir.
Dağ rayonunun hər fəsildə özünəməxsus heyranedici gözəlliyi olur. Payızın yavaş-yavaş
vidalaşıb yerini şaxtalı-boranlı qışa təhvil verəcəyi günə lap az qalır. Ürəkləri həmişə tikib
qurmaq, yaşayıb yaratmaq eşqi, həvəsi ilə döyünən rayon rəsmilərinin bu günkü qayğıları da
çoxdur. Yayı nə qədər isti, yazı ilıq nəfəsli, payızı sazaqlı olursa, qışı onlardan qat-qat çox sərt
olur. Bax, bu günün baş qayğısı İsmayıllıda qış mövsümü üçün yetərincə hazırlıq görülməsidir.
Axşamlar iş qurtarsa da, İsmayıllı Rayon icra hakimiyyətinin binasında yanan işıqlar öz axarı ilə
davam edən iş ahəngdarlığı məhz qış qayğılarının lazımi səviyyədə həllinə istiqamətlənir.

 
 
 
 
 
 
 

Digər xəbərlər

0.28550505638123