“Meyxananı it boğuşmasına çeviriblər”

09:11 25-12-2018 | icon 2112
“Meyxananı it boğuşmasına çeviriblər”

Meyxanaçı Vüqar Əbdülov “Boş anlar” proqramına qonaq olarkən maraqlı açıqlamalar verib. O, indi meyxanadan satiranın çıxarıldığını qeyd edib.  V. Əbdülov bildirib ki, ifaçılar deyişərkən qarşı tərəfin zəif nöqtəsini tapmağa çalışırlar:

“Əliağa Vahidin yazılarını oxuyursan, görürsən ki, Hitlerə qarşı, atanın oğula nəsihəti və başqa şeirlər yazıb. Bunların hamısında elə gözəl aktyorluq, elə gözəl satira var ki... İndi meyxanadan satiranı çıxardıblar. Çox üzr istəyirəm, meyxananı it boğuşması, xoruz döyüşməsinə gətirib çıxarıblar. Elə bil ki, əlbəyaxa döyüş növünə çeviriblər. Vay o günə ki, birinin zəif yerini bilələr. Onu  tez-tez deməyə başlayırlar.Tərif və ya tənqid etsən bir neçə adamın dilindən danışmaq lazımdır. Öz fikrini desən tamaşaçı üçün maraqlı olmayacaq”.  

Digər xəbərlər

0.29160809516907