General vətəndaşlara müraciət etdi
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bayram günlərində gömrük-sərhəd keçid məntəqələrində yarana biləcək sıxlıqlarla bağlı vətəndaşlara çağırış edib.
DGK sədri jurnalistlərə açıqlamasında deyib ki, istər yaz periodunda, istərsə də indi Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Çalışırıq ki, bütün texniki imkanlarımızdan istifadə edərək, sıxlığı aradan qaldıraq. Bu cür sıxlıqlar dünyanın hər yerində mövcuddur. Sərnişin axının çox olmasının müəyyən pik saatıarı var. O cümlədən nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları zamanı da müəyyən pik saatlar mövcuddur.
O demək deyil ki, hər hansı gömrük keçid məntəqəsində sıxlıq varsa, bu daimidir. Bir neçə saat ərzində baş verən sıxlığı aradan qaldırmaq üçün hər iki qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə cənub regionunda yaşayan vətəndaşlarımıza tövsiyəmiz var. Onlar səhər 9-10 radələrində gömrükdən keçməyə çalışır. Amma günorta saatlarında vətəndaşlar sərhəd-keçid məntəqələrində keçə biləcəyi halda, hər kəs səhər saatlarında getməyə çalışır. Vətəndaşlardan xahişimiz odur ki, saat məsələsini nəzərə alsınlar".
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Yağış, külək, qar... - Sabahın havası
...
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
...