Füzuli -  Abadlığın zirvəsində

09:21 25-12-2018 | icon 2879
Füzuli -  Abadlığın zirvəsində

Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirdi, iqtisadi artımın davamlılığı təmin olundu. Makroiqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətləndi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olundu, sahibkarlığa dövlət dəstəyi gücləndirildi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradıldı, əhalinin sosial rifahı daha da yaxşılaşdı.

Zamanın sınağından çıxmış Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan həm də özünün uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edib. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədə xidmət edir.

Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri rayonların, şəhər və kəndlərin inkişaf yoluna çıxarılmasıdır. Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də Füzuli rayonu oldu. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində burada da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir.

Ümumiyyətlə isə bu rayonun inkişafından danışarkən qeyd etməliyik ki, bu tərəqqinin müəllifi rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir . Qazanılan hər bir nailiyyətə başçının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. 

Səhiyyə və təhsil müəssisələri, yollar, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülüb.

Rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2018-ci il ərzində mühüm işlər görülüb. İcra hakimiyyətinin başçısı da üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. 

Onun vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda da həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də Alı müəllimin aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Alı Alıyev fəaliyyətinin ilk günündən işinə layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır.

 


Digər xəbərlər

0.25853300094604