Jurnalistlərlə dövlət qulluqçuları “sülh bağladı” - Fotolar

09:32 25-12-2018 | icon 2494
Jurnalistlərlə dövlət qulluqçuları “sülh bağladı” - Fotolar

Dövlət qulluqçuları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında prezident İlham Əliyevin doğum günü, Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni İlə həsr olunmuş futbol matçı keçirilib.

 Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ilə ilk dəfə keçirilən yoldaşlıq oyunu “ASK Arena” stadionunda baş tutub.

Gərgin idman mübarizəsi şəraitində keçən oyun 6:6 hesabı ilə başa çatıb.

Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatlarından ibarət olan komandanın heyətindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və digərləri qol vurublar.

 

 





 

Digər xəbərlər

0.230553150177