Nəsimidə Həmrəylik Günü qeyd edildi - Foto

09:34 25-12-2018 | icon 3093
Nəsimidə Həmrəylik Günü qeyd edildi - Foto

Dekabrın 22-də Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

 Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid anaları iştirak ediblər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya azərbaycanlılarının milli məfkurə ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.  

Tədbir çərçivəsində Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov doğum günü münasibətilə təbrik edilib, ona hədiyyə təqdim edilib.

 




 

Digər xəbərlər

0.26686406135559