Saatlı: İnkişaf meylləri daha nikbin proqnozlara əsas verir

09:50 25-12-2018 | icon 3209
Saatlı: İnkişaf meylləri daha nikbin proqnozlara əsas verir

Ölkəmizdə gedən sürətli inkişaf proseslərindən faydalanan bölgələrimizdən biri də Saatlı rayonudur. Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastruktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, yaşayış səviyyəsi müasir tələblərə cavab verir. Möhtərəm Prezidentimimiz İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində Saatlı rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.

 

İnsanların qayğılarına həssas yanaşılır

 

Rayon İcra Hakimiyyətinin başçısı cənab S.Cabbarov və başçının Apparatı öz fəaliyyətində əhali ilə hər həftə keçirilən səyyar qəbullara, görüşlərə xüsusi fikir vermiş, qaldırılan problemlərin həlli istiqamətində son illərin ən yaxşı təcrübəsi olan, insanlarla birbaşa təmas yaratmaqda ən faydalı vasitə olan səyyar qəbulların əhəmiyyətimndən lazımınca istifadə edilməsinə başlıca yer ayırmışdır. Rayon İcra Hakimiyyəti əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələriin, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin, xəstə və imkansız vətəndaşların, məcburi köçkünlərin, bir sözlə, ehtiyac və qayğıları ilə bağlı müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşmışdır. Əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, bu sahədə mövcud problemlərin aradan qaldırılması da RİH-nin gündəlik diqqət ayırdığı məsələlərdən olmuşdur.

 

Dövlətin maliyyə siyasəti müvəffəqiyyətlə reallaşdırılır

 

Sosial-iqtisadi proseslərin inkişaf etdikləri bir şəraitdə xalq təsərrüfatının idarə edilməsində, xüsusən bazar iqtisaliyyatı şəraitində maliyyə nəzarəti əsas məsələlərdən biridir. Maliyyə nəzarətinin dövlətin maliyyə siyasətinin müvəffəqiyyətlə reallaşdırmaq, maliyyə ehtiyatlarından xalq təsərrüfatının bütün sahələrində effektli istifadə edilməsini təmin etmək prosesində əhəmiyyəti böyükdür.

Mühüm bir məqamı da vurğulamağa dəyər ki, Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsi olduqca vacib məsələdir ki, bunun da öhdəsindən layiqincə gəlinir. Saatlı Rayon Maliyyə İdarəsi maliyyə intizamına ciddi riayət edilməsini təmin edib. Rayon büdcəsinin gəlir və xərc proqnozları nəzərdə tutulduğu səviyyədə icra olunub. Xərclərin icrası zamanı vəsaitlər ilk növbədə müdafiə olunan xərc maddələrinin (əmək haqqı, əmək haqqı üstəliyi və onlara bərabər tutulan xərclər) icrasına yönəldilib. Bunun nəticəsidir ki, yerli büdcədən maliyyələşən təşkilatlar üzrə xərclər tam ödənilib. Rayonda uçot işləri təminata uyğun qurulub. İdarənin kollektivi daxil olmuş vəsaitin büdcə təsnifatına uyğun ödənilmə ardıcıllığı gözlənilməklə təyinat üzrə səmərəli xərclənməsini təmin etmişdir».

 

Kənd təsərrüfatında dinamik inkişaf təmin olunmuşdur

 

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunmuşdur. Əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına görə məhsul istehsalçılarına vaxtlı-vaxtında maliyyə yardımları ödənilmiş, həmçinin mineral gübrələrin 50 faiz güzəştli qiymətlərlə vətəndaşlara satılması təmin edilmiş, toxumçuluqla məşğul olan təsərrıüfat subyektlərinə dövlət tərəfindən subsidiyalar verilmişdir. Heyvandarlıq və quşçuluq sahəsində işlər rentabelli aparılmaqla ət, süd və yumurta istehsalı çoxalmış, istər iribuynuzlu mal-qaranın, istərsə də qoyun və keçilərin baş sayı artmışdır.

 

 

 

Su təsərrüfatının işi günün tələblərinə cavab verir

 

Əkin altında olan torpaqların su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının yenidən qurulması, torpaqların şoranlaşmasının qarşısının alınması və münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin yenidən qurulması və digər tədbirlər üzrə bir sıra zəruri işlər görülməklə kollektor-drenajlar, suvarma kanalları lildən təmizlənmiş, hidrotexniki qurğular, istehsalat binaları, hidropost və nasos stansiyaları cari təmir edilmiş, Araz çayında yamacbərkitmə işləri yerinə yetirilmişdir.

Saatlı Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir və su istifadəçilərinə yüksək səviyyədə xidmət göstərir. Kollektiv rayonun digər ictimai işlərinə də fəal dəstək verir. Ümumiyyətlə, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Saatlı rayonunda fəaliyyət göstərən digər struktur vahidlərinin də fəaliyyəti təqdir olunur.

  

Mədəniyyət sferasında xidmətin səviyyəsinin davamlı yüksəldilməsi hədəfə alınıb

 

Saatlı qədim yaşayış məntəqələrinin aşkarlandığı məskən kimi həm də qədim mədəniyyətin izlərini qorumaqdadır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. burada Nazirlər Kabinetinin müvafiq qərarı ilə 9 arxeoloji abidə mühafizə olunur.

Rayonda 1 Mərkəzləşdirilmiş Kitabxana sistemi, 1 Uşaq kitabxanası, 54 kitabxana filialı, 13 klub, 14 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, 1 Mədəniyyət və İstirahət parkı fəaliyyət göstərir.

Elin gözü tərəzidir

P.S.Di gəl, çox təssüflər olsun ki, rayon rəhbərliyinin uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onlar barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq insanları az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.28670883178711