“İrəli” hesabat verdi - Fotolar

13:58 25-12-2018 | icon 3172
“İrəli” hesabat verdi - Fotolar

Bu gün “İrəli” İctimai Birliyinin VI hesabat seçki konfransı keçirilib. 

Konfransda təşkilatın 4 illik fəaliyyətinin hesabatı verilib. Təşkilatın sədri Mirhəsən Seyidov çıxışında qeyd edib ki, fəaliyyət dövrü ərzində ölkə maraqlarını daim ön planda saxlayıb:

“Fəaliyyət göstərdiyimiz illər ərzində 13 layihə həyata keçirmişik. Onlarla gəncimiz xaricdə Azərbaycanı təmsil edib və beynəlxalq sferada Azərbaycan gəncliyinin necə bilikli və istedadlı olduğunu göstərərək ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırıblar. Son 3 ildə təşkilata 2400 üzv qəbul edilib”. 

 

 

 






 

Digər xəbərlər

0.25758719444275