Lənkəranın ucqar dağ kəndinə təbii qaz verilib
Dekabrın 24-də Lənkəran rayonunun ucqar dağlıq yaşayış məntəqələrindən olan Mollakənd kəndinə ilk dəfə təbii qaz verilib.
İH-dən daxil olan xəbərə görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH), “Azəriqaz” İstehsalat Birliyinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti xidmət sahələrinin əməkdaşları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlərdən, əhalinin maddi güzəranının, həyat səviyyəsinin gündən-günə yaxşılaşmasından danışıb.
Mərasimdə çıxış edən yerli sakinlər uzun illərdən bəri kənddə təbii qazın olmadığını söyləyərək, bu qış günlərində evlərinə mavi yanacağın verilməsinə görə ölkə başçısına, eləcə də bu işdə əməyi olan bütün insanlara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 250 abonenti olan Mollakənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 min 238 metr müxtəlif diametrli polietilen, polad borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Yağış, külək, qar... - Sabahın havası
...
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Şənbə gününün havası
...
-
"Turan yolu-Zəngəzurum" əsəri qardaş Türkiyədə
...
-
Biz Qarabağda əbədi yaşayacağıq!
...
-
Xankəndində Novruz tonqalı
...
-
Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır
...