Prezident sərəncam imzaladı

09:03 26-12-2018 | icon 3025
Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1302-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

 Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək;

 

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Qeyd edək ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

Maddə 1. “Bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar, həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilər.”.

Maddə 2. Bu Qanunun 1-ci maddəsi həmin Qanun qüvvəyə mindikdən sonra qəbul edilmiş inzibati aktlarla bağlı yaranan münasibətlərə şamil edilir.


Digər xəbərlər

0.23340702056885