İcra başçısı supermarketin açılışında

09:54 26-12-2018 | icon 3443
İcra başçısı supermarketin açılışında

Füzuli rayonunda 9 nömrəli Qayıdış qəsəbəsi ərazisində iş adamı, fiziki şəxs Merdinli kənd sakini Kərimli Fərid Seymur oğlu tərəfindən müxtəlif növ kənd təsərrüfatı və ərzaq məhsullarının satışı nəzərdə tutulan Mandarin supermarketinin açılışı olub.

Füzuli İH-dən daxil olan xəbərə görə, açılışda icra başçısı Alı Alıyev də iştirak edib. Supermarketdə Qayıdış qəsəbələrində yaşayan 28 nəfər məcburi köçkün işlə təmin olunub. 

Alı Alıyev açılış mərasimində prezidentin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda da sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. 

 


 

Digər xəbərlər

0.25273394584656