Fəvvarələr meydanında xeyriyyə yarmakarkası çərçivəsində fleşmob keçirilib - Fotolar

17:32 27-12-2018 | icon 5565
Fəvvarələr meydanında xeyriyyə yarmakarkası çərçivəsində fleşmob keçirilib - Fotolar

Dekabrın 22-də Bakının mərkəzində yerləşən Fəvvarələr meydanında Amapola Exclusive Eventsşirkətinin təşkilatı dəstəyi ilə “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası çərçivəsində, fleşmob keçirilib. 

Fleşmobun keçirilmə ideyası Amapola Exclusive Events şirkətinə aiddir, məqsədi isə yarmarkanın xeyriyyə fəaliyyətinin ümumi ictimai maraq çərçivəsində faydasını qabartmaq, müsbət fikir dalğalanması yaratmaq və daha çox insanın yarmarkada aktiv iştirakını təmin etmək olub.

Yarmarka ziyarətçilərinin motivasiyasını daha yüksək etmək üçün fleşmob iştirakçıları “Nargis Fund”-un dəstəyi ilə  üzərində  artıq sağalmış körpələrin şəkilləri yerləşdirilmiş T-shirtlər  geyinmişdilər. Eyni zamanda yarmarka qonaqlarına müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrin müalicəsi haqqında  informasiya xarakterli flayerlər paylanıb.

 

 






 

Digər xəbərlər

0.25675702095032