Nazir “Jurnalistlər Bağı” üçün yer ayırdı

19:35 27-12-2018 | icon 3175
Nazir “Jurnalistlər Bağı” üçün yer ayırdı

Azərbaycanda 2019-cu ilin mart ayında “Jurnalistlər Bağı” salınacaq. 

Bu barədə təşəbbüsü yazıçı-jurnalist Azər Qismət irəli sürüb.

Onun bir müddət əvvəl Feysbuk səhifəsində etdiyi təşəbbüsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi operativ reaksiya verib. Belə ki, nazir Muxtar Babayev təşəbbüsü alqışlayaraq bağın salınması üçün Suraxanı rayonunda yer ayırıb.

 

Sayt, qəzet və telekanallarda işləyən jurnalistlər əkəcəkləri ağacın adını Azər Qismətə yazmalı, o da siyahını hazırlayıb nazirliyə təqdim etməlidir.

Bundan başqa, hər il 22 iyul Mətbuat Günündə bağın ziyarəti də nəzərdə tutulub.


Digər xəbərlər

0.2718620300293