Arvadının cinsiyyət orqanında narkotik keçirmişdi - 16 il həbs
Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədən Azərbaycana arvadının cinsiyyət orqanında narkotik gətirməkdə təqsirləndirilən Emin Məmmədov və həyat yoldaşı L.M-ə hökm oxunub.
Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Emin Məmmədov 10 il, arvadı isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
E. Məmmədovun arvadı istintaq zamanı azadlıqda olsa da, həbs edilməyib. Onun himayəsində azyaşlı uşağı olduğu üçün onun 14 yaşı tamam olanadək hökmün icrası təxirə salınıb.
İttihama görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gömrükçülər tərəfindən yoxlama zamanı o, cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxararaq təhvil verib.
Həmin şəxs həblərin “ekstazi” adlandırıldığını, həmin həbləri həyat yoldaşının istəyi ilə onun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.
Onu qarşılamağa gələn həyat yoldaşı Emin Məmmədov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində gömrükçülər tərəfindən saxlanılıb.
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...