Nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin etdi
Təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin edib.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun "Qafqazinfo"ya verdiyi məlumata görə, nazirin bu gün imzaladığı əmrə əsasən BŞTİ-nin müdir vəzifəsinə Rəşad Tağıyev təyin edilib.
Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.
2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.
Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq müdiri Məhəbbət Vəliyeva iyun ayında Təhsil nazirinin müavini təyin olunub. O, həmçinin BŞTİ-nin müdiri vəzifəsini icra edirdi.
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...
-
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI
...
-
“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar
...
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...