Elçin Quliyev təmas xəttində - Fotolar

20:25 28-12-2018 | icon 2228
Elçin Quliyev təmas xəttində - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Er­mə­nistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sər­həd döyüş məntəqələrində olmuş, təmas xəttində döyüş tapşırığını ye­rinə yetirən hərbi qulluqçularla görüşüb.

General-polkovnik Elçin Quliyev Qazax və Ağstafa rayonlarının əra­zisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı müasir sərhəd mü­ha­fizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sər­həd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazar­malarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış ol­muş, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişatını yox­la­yıb.

E. Quliyev sər­həd dö­yüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.

 


 

Digər xəbərlər

0.28272485733032