Rəşad Sadıqovun yerinə o gəlir

20:25 28-12-2018 | icon 3521
Rəşad Sadıqovun yerinə o gəlir

AFFA 21 yaşadək futbolçulardan ibarət yığma komandaya (U-21) yeni baş məşqçini müəyyənləşdirib. Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində U-21-in baş məşqçisi vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin məşqçilərlə görüşlər keçirilib.

Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdi. Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən 41 yaşlı Obradoviçə həvalə olunacaq.

Qeyd edək ki, serbiyalı mütəxəssisin son iş yeri əsas yığmada baş məşqçinin köməkçisi vəzifəsi olub. 

Xatırladaq ki, millimizin son məşqçisi Rəşad Sadıqov olub.


Digər xəbərlər

0.27324795722961