Onlara yeni vəzifə verildi

20:28 28-12-2018 | icon 3826
Onlara yeni vəzifə verildi

Milli  Məclisin payız sessiyasının bu gün keçirilən son iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına (Dostluq Qruplarına) yeni rəhbərlərin seçilməsi məsələsinə baxılıb. 

Hazırda beş parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.
Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Plenar iclasda Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin namizədliyi təsdiqlənib.

Bundan əlavə, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın  namizədliyi məsələsinə baxılıb. Məsələlər səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, digər iki qrupun rəhbəri isə  2019-cu ilin yaz  sessiyasında seçiləcək.
 Günel Türksoy


Digər xəbərlər

0.26860690116882