“İlin ən yaxşı müəllimi”nə vəzifə verildi
Təhsil naziri Ceyhun Bayramov BŞTİ ilə bağlı daha bir əmr verib.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun "Qafqazinfo"ya verdiyi məlumata görə, nazirin bugünkü əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.
Qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. Tərəqqi medalı ilə təltif olunub.
2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
-
Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
...
-
Bakı məktəblərində akademik Zərifə Əliyeva anılıb
...
-
Nöqsan və çatışmazlıqlara görə 18 məktəb direktoru, 14 bağça müdiri işdən çıxarılıb
...
-
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey təhsildə böyük uğurlar qazanır
...
-
Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
...
-
Bu məktəblər distant təhsilə keçir
...
-
Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlandı
...
-
Stadionda “sınaq imtahanı” keçiriləcəyi barədə xəbər saxtadır - Açıqlama
...
-
Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı
...
-
İş yerini dəyişmək istəyən müəllimlərin diqqətinə!
...