“Hər zaman müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq” - Mehriban Əliyeva

20:02 29-12-2018 | icon 3629
“Hər zaman müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq” - Mehriban Əliyeva

“Sosial sahədə olan problemlərin həlli daim Azərbaycan dövlətinin və Azərbaycan hökumətinin diqqət mərkəzindədir”.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün təşkil etdiyi bayram şənliyində çıxışı zamanı bildirib.

O qeyd edib ki, yola saldığımız 2018-ci ildə bir sıra çox vacib layihələr həyata keçirilib, yeni islahatlara start verilib:

“Dünya Bankının hesabatında Azərbaycan 10 islahatçı dövlət sırasına daxil edilib. Bu il biz həm ölkəmizin, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsini qeyd etdik. Bu il, həmçinin növbəti telekommunikasiya peyki “Azerspace-2” orbitə buraxıldı.

Sosial sahəyə gəldikdə deməliyəm ki, Azərbaycan dövləti sosialyönümlü siyasət aparır. Son iki il ərzində 5000-dən çox məcburi köçkün və qaçqın ailəsi müvəqqəti olaraq yeni evlərlə, yeni mənzillərlə təmin edildi. Məktəblərin, bağçaların tikilməsi, təmiri və ya yenidən qurulması, yeni Olimpiya İdman komplekslərinin inşası davam edir. Bütün bu uğurları, görülən işləri, əldə etdiyimiz nailiyyətləri görərək biz daha da səmərəli işləməyə ruhlanırıq, xalqımıza daha da səmərəli xidmət etməyə hazırıq”.

M.Əliyeva sözlərinə əlavə edib ki, Azərbaycan sülhsevər, sabit ölkədir:

“Uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir”.


Digər xəbərlər

0.28703498840332