“Biz söz də veririk, əməl də edirik” - Cavid Qurbanov+Fotolar

20:05 29-12-2018 | icon 3542
“Biz söz də veririk, əməl də edirik” - Cavid Qurbanov+Fotolar

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

Sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.

Qatarın ilk sərnişinləri jurnalistlər və bir qrup deputatdır. Qonaqları Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov müşayiət edir.

Qeyd edək ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. 

***

“Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik”. Bunu Cavid Qurbanov jurnalistlərə qatarda verdiyi açıqlamasında deyib. O bildirib ki, bu qatarda xidmət yüksək səviyyədədir:

“Burada fərqli qiymətlər mövcuddur. Biznes-klass yerlər var. Bu, bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda wi-fi sistemi təkmilləşdiriləcək”.

***

“Bizim qatarlarımızın sürətini hazırda sınaq üçün saatda 159 km etmişik. Bəziləri deyirlər ki, Cavid Qurbanov sözünün üstündə durmur. Dediyi söz yalan çıxır. Mən onlara mesaj göndərirəm ki, mən sözümün üstündə dayanıram. Çünki mən İlham Əliyevin komandasıyandayam.

Cavid Qurbanov bildirib ki, bu açılış da prezidentin yeni il hədiyyəsidir: “Sınaq və hərəkətin tənzimlənməsi ayrı-ayrı şeylərdir. Hazırda sürət saatda 130 -135 kmdır. Qatarın texniki imkanları saatda 300 km hərəkət edə bilsin. Biz layihəni edəndə yolun maksimal sürətini 160 km qədər qoymuşuq. Gələcəkdə bu, sürətin artımına doğru gedəcək. Bakı-Gəncə üzrə iki qatar var”. 

O, qeyd edib ki, Bakı-Gəncə marşrutu üzrə qatarlarda gedişhaqqının artırılması nəzərədə tutulmayıb: “Bu marşrut üzrə 3 dayanacaq nəzərdə tutulub. Bu da tələbata uyğun tənzimlənəcək. Yevlaxda, Goranboyda, Gəncədə dayanacaq. Yevlaxda Qarabağ zonası, Şəki-Balakən istiqamətində gedənlər düşəcəklər. Goranboyda yaxın Naftalan kurort mərkəzi olduğu üçün turist axını çoxdur. Ora qazaxlar, türklər, həmçinin ərəblər daha çox gəlir”.

C.Qurbanov növbəti sürət qatarının Qəbələ və Yalama istiqamətində olacağını diqqətə çatdırıb: “Hazırda orda tikintilər gedir. Qəbələyə çəkilən yolu 2019 -cu ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. Belə ki, texniki imkanlarımız bunu reallaşdırmağa imkan verir.

Biz eyni zamanda Türkiyə ilə birgə vaqon istehsalı ilə bağlı məsələni ali rəhbərliyə məruzə etmişik. Prezident İlham Əliyev məsələyə müsbət rəy versə, Sumqayıtda texnoparkın yerində türklərlə birgə yeni vaqonların istehsalına başlayacağıq. Rus Avropa istehsalı üzrə vaqonlar var. Bizdə qatar yolunun eni 1520 millimetrdir. Bu Rusiya istehsalıdır. Avropa standartları isə 1435 metrdir”.

***

Səhər 9:00-da yola düşən qatar 12:45-də (3 saat 45 dəqiqəyə) Gəncəyə çatıb. 

 

 








Digər xəbərlər

0.27266907691956