42 425 ailənin hər birinə 100 manat ödənildi

20:14 29-12-2018 | icon 2774
42 425 ailənin hər birinə 100 manat ödənildi

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik yardım verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, prezidenti İlham Əliyev tərəfindən imzalanan “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamın icrası artıq dekabrın 28-də tam təmin edilib.

Sərəncama əsasən ünvanlı dövlət sosial yardımı alan 42 425 ailənin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənişini həyata keçirib. 

Birdəfəlik yardım aztəminatlı ailələrin bank hesablarına köçürülüb.


Digər xəbərlər

0.60869812965393