Bakıda bayrama hazırlıq başa çatıb
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər bəzəklərin quraşdırılması, bayram yarmarkalarının yaradılması istiqamətində işlər həyata keçirilib.
Bu barədə Azərtac-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, istirahət parkları və bir sıra meydanlarda ümumilikdə 36 yerdə bayram yolkaları qurulub. Ənənəvi olaraq paytaxtın ən iri yolkası bu il də Azadlıq meydanında qurulub ki, onun hündürlüyü 37 metr, eni 16 metrdir. Eyni zamanda, parklarda ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif Yeni il atributları və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatının aparılması işləri həyata keçirilib. Ticarət və xidmət departamenti tərəfindən bayram günlərində parklarda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün müraciət edənlərlə müqavilələr bağlanıb.
Bayram tərtibatı və hazırlıq işləri Dənizkənarı Bulvarda və İçərişəhərdə də həyata keçirilib.
Eyni zamanda, təsdiq olunmuş dislokasiyalara uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əsas etibarı ilə metro stansiyalarının yaxınlaqlarındakı 12 yerdə 23 çadır qurulub ki, burada da şəhər sakinləri və qonaqlar üçün bayram yarmarkaları təşkil olunub.
Bayramla əlaqədar əlavə tədbirlərin də keçirilməsi nəzərdə tutulub.
Həmçinin dekabrın 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində atəşfəşanlıq təşkil olunacaq.
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...
-
Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
...
-
CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı keçirilib - Video
...
-
Deniz Çakırdan - Yeni fotolar
...
-
Akademik Musiqili Teatrda “Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq
...
-
“CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də
...