Bakı metrosunda Qar qızla Şaxta baba - Fotolar

20:16 29-12-2018 | icon 2713
Bakı metrosunda Qar qızla Şaxta baba - Fotolar

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Bakı Metropoliteni” QSC sosial layihəsini həyata keçirib. 

 “Nərimanov” elektrik deposundan nostalji ovqatlı vaqona minən Yeni ilin qəhrəmanları Şaxta baba və Qar qız “Nəriman Nərimanov” stansiyasında sərnişinləri salamlayıblar. Uşaqlardan şeir, nəğmə hədiyyəsini alan Şaxta baba və Qar qız azyaşlı sərnişinlərə Yeni il sovqatlarını paylayıblar.

“Bakı Metropoliteni”QSC Şaxta baba roluna tanınmış aktyor Allahverdi Yolçuyevi dəvət edib. Qar qız obrazında isə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin platforma növbətçisi Ruhiyyə Mehdizadə çıxış edib. 

Daha sonra Şaxta baba və Qar qız retro vaqonda sərnişinlərlə birlikdə yeni görüşlər ardınca növbəti stansiyalara yollanıblar. 

Qeyd edək ki, bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərdə ki, bayram şənlikləri ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 02:00-a qədər stansiyalar sərnişinlərin üzünə açıq olacaq.

 







Digər xəbərlər

0.30016899108887