Cüdoçularımız 2018-də bu qədər medal qazanıb

12:03 31-12-2018 | icon 2656
Cüdoçularımız 2018-də bu qədər medal qazanıb

Bu il cüdoçularımız iştirak etdikləri 39 beynəlxalq yarışda 177 medal qazanıblar.
 
Bu barədə Azərbaycan Cüdo Federasiyasının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransında məlumat verilib.

Qeyd olunub ki, qazanılan medallardan 48-i qızıl, 46-sı gümüş, 83-ü isə bürünc olub. Bakıda keçirilən dünya çempionatında 124 ölkədən 755 cüdoçu mübarizə aparıb və tanınmış idman mütəxəssisləri mundialın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.


Digər xəbərlər

0.26885485649109