Mədət Quliyev velosiped sürdü - Fotolar

12:04 31-12-2018 | icon 2575
Mədət Quliyev velosiped sürdü - Fotolar

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Gücümüz həmrəyliyimizdir” devizi ilə veloyürüş keçirilib.

Yürüş Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə baş tutub. 

Veloyürüşdə DTX rəisi, general-polkovnik Mədət Quliyev, DTX-nin Velosiped idman klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun təmsilçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Veloyürüş iştirakçıları "Azneft" meydanından start götürməklə Neftçilər prospekti ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.

 





Digər xəbərlər

0.25245881080627