“Neftçi”dən növbəti transfer

16:10 03-01-2019 | icon 3127
“Neftçi”dən növbəti transfer

“Neftçi” transfer çalışmalarını davam etdirir.

Gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək.

 

“Əlincə”nin yetirməsi olan Turan Vəlizadə “Qarabağ”ın və Türkiyənin “Fənərbaxça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarında çıxış edib. O, U-19 yığmamızın üzvüdür.

Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.


Digər xəbərlər

0.25198912620544