“Liverpul” ilk məğlubiyyətini aldı - Video

08:30 04-01-2019 | icon 6034
“Liverpul” ilk məğlubiyyətini aldı - Video

Turun son matçında “Mançester Siti” öz meydanında “Liverpul”la qarşılaşıb.

Çempionluq mübarizəsi aparan iki komandanın matçında qapılara 3 qol vurulub. 40-cı dəqiqədə Aqueronun qoluna 64-cü dəqiqədə Firmino cavab versə də, “Liverpul”un bundan artığına gücü çatmayıb.

 

72-ci dəqiqədə fərqlənən Leroy Sane “Mançester Siti”yə 2:1 hesablı qələbə qazandırıb. Beləliklə, lider “Liverpul” bu mövsüm Premyer Liqada ilk məğlubiyyətini yaşayıb.

Hazırda “Liverpul” 54 xalla 1-ci, “Mançester Siti” isə 50 xalla 2-ci pillədə yer alır.

 


Digər xəbərlər

0.25440788269043