I sinif üçün summativlər ləğv edildi - Nə yenilik olacaq?
Təhsil Nazirliyi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirib.
Konfransda Təhsil Nazirliyinin Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəblər barədə ətraflı məlumat verib.
Bildirilib ki, yeni qaydalarda nəzərdə tutulmuş əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ qiymətləndirmə təhsil səviyyələrinin sonunda, yəni lV, lX, Xl siniflərdə bütün fənlərdən, V, Vl, Vll, Vlll və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq.
Qaydalarda ikinci dəyişiklik isə ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. Klassik və lll siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə olacaq.
Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.
Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçüləcək, yalnız yekunda 2, 3, 4 və 5 qiymətləndirməyə çevriləcək və sinif jurnallarına yazılacaq. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər.
-
"Uşaq hüquqları aylığı" çərçivəsində Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib
...
-
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü oldu
...
-
Mehriban Vəliyevaya yeni vəzifə verildi
...
-
Emin Əmrullayev 150 minə yaxın müəllimə SMS göndərdi
...
-
Nazirlikdən Müəllimlər Günü ilə bağlı valideynlərə - Müraciət
...
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...