“İnstagram” Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi
“Azercell Telekom” MMC-nin rəsmi "İnstagram” səhifəsi www.instagram.com/azercelltəsdiqlənmiş (verified) statusuna layiq görülüb.
Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell İnstagram-ın bütün verifikasiya meyarlarına cavab verdiyi, Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına əməl etdiyi üçün səhifənin təsdiq nişanını alıb. Azercell-in İnstagram səhifəsinin hazırda 70 mindən çox izləyicisi var. Sosial media sahəsində daima yeniliklərə imza atan şirkət olaraq Azercell-in ümumilikdə Facebook, Twitter və İnstagram rəsmi səhifələri də daxil olmaqla sosial şəbəkələrdə 600 000-ə yaxın istifadəçisi var. Onlar sosial şəbəkənin imkanlarından istifadə edərək, 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilirlər. Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı, sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.
Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında məhz “Azercell Telekom” MMC ilk dəfə 2008-ci ildə Facebook platformasında, bir ildən sonra, 2009-cü ildə Twitter sosial şəbəkəsində və 2012-ci ildə isə İnstagram-da rəsmi səhifəsini yaradıb.
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...