"Rahat" marketdə vaxtı keçmiş mallar satılır - FOTOFAKT - YENİLƏNİB
Bakıda, Azadlıq 116 ünvanında yerləşən "Rahat" marketdə istifadə müddəti bitmiş məhsul satılır.
Artıq xeyli müddətdir ki, müvafiq qurumlar tərəfindən ticarət obyektlərində keyfiyyətsiz və vaxtı ötmüş məhsulların satışına qarşı mübarizə aparılır. Dəfələrlə ticarət obyektlərində aşkar edilən vaxtı keçmiş məhsullar satışdan çıxarılaraq məhv edilib. Amma təəssüf ki, bu mübarizə hələ də lazımi nəticələr verməyib.
Belə ki, saytımızın əməkdaşının Azadlıq 116 ünvanında yerləşən "Rahat" marketdən aldığı "Milka"uşaq peçenyasının istifadə müddəti alındığı gündən 8 əvvəl bitmiş olub.
Əməkdaşımız bildirir ki, bu ərazidə təxminən 3 market var. Neçə dəfə tapşırsaq da uşaqlar məktəbə gedərkən bizdən xəbərsiz alıb yeyir və istehsal tarixinə diqqət etmirlər. Uşaqlar zəhərlənsə bunun cavabını kim verəcək?
Məsələylə bağlı "Rahat" marketlər şəbəkəsinin mövqeyini öyrənmək üçün şirkətlə əlaqə saxladq.
Şirkətin marketinq şöbəsinin direktoru Kənan Şirinov azeripress-ə açıqlamasında baş verən hadisə ilə bağlı daxili araşdırma aparılacağını və səhlənkarlıq göstərən işçilərin sərt cəzalandırılacağını bildirdi.
Qeyd edək ki, mağaza qanunları pozduğuna görə 1500 AZN məbləğində cərimlənməlidir. Bununla yanaşı mağaza sahiblərinə vaxtı keçmiş məhsullar satdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunur.
***
Bu gün redaksiyamızla əlaqə saxlayan marketinq şöbəsinin direktoru Kənan Şirinov artıq bu barədə tədbir görüldüyünü bildirdi. Şirkət nümayəndəsi işinə məsuliyyətsiz yanaşan əməkdaşa xəbərdarlıq olunması ilə bağlı sənədi də redaksiyamıza təqdim edib.
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...