“Əfsanə qayıdır”ın yayımı niyə dayandırıldı?

15:43 07-01-2019 | icon 3547
“Əfsanə qayıdır”ın yayımı niyə dayandırıldı?

Ötən ilin sonunda premyerası olan “Əfsanə qayıdır” filmi ətrafında qalmaqal yaranıb.  Ekran işinin rejissoru Emil Abdullayevlə “Park Cinema” şəbəkəsi üz-üzə gəlib. Kinoteatr ədalətsiz seans bölgüləri etməkdə ittiham  olunur. E. Abdullayev fesybukda bu barədə status yazıb:

“Bu gündən etibarən “Əfsanə qayıdır” filmi ancaq Nizami Kinot Mərkəzində yayımlanacaq. Bununla bağlı mənə çox sayda zənglər, SMS-lər gəlir ki, niyə belə olub? İstəyirəm birdəfəlik burda açıqlamasını verim. 27 dekabrdan Nizami Kino Mərkəzi və “Park Cinema” şəbəkələrində yayıma başlayan “Əfsanə qayıdır” filmi ilk həftəsindən “Park Cinema”da ədalətsiz seans bölgüləri ilə üzləşdi. İlk 5 gününü fotoda da gördüyünüz kimi (Fotodakılar dolu zalların bir qismidir) verilmiş dəxlisiz saatlara baxmayaraq demək olar ki, bütün seansları tam olaraq doldurub.

 

Bu cür anşlaq etməsinə rəğmən “Park Cinema” seans sayını artırmaq əvəzinə filmin ilk həftə sonunda 5 seansa endirdi. Seans saatları bunlar idi - 10:00, 12:00, 23:00, 00:30, 02:30… Bu gün filmin yayımının 10-cu günündə “Park Cinema” şəbəkələrində yayımı dayandırıldı. Bu baş verənlərin nə demək olduğunu həm anladım, həm də anlamadım. 1 il 2 ay üzərində 100-lərlə insanın əziyyəti, zəhməti olan rəng, səs, qrafika işləri Türkiyədə olmuş, çox böyük maliyyə yatırımı edilmiş filmi beləcə bilərəkdən batırmağa çalışdılar. Bu baş verən haqsızlıqları açıqlamaqda məqsədim mənim kimi min bir əziyyət, zülm çəkərək film ərsəyə gətirən yaradıcı insanların ehtiyatlı davranıb, bu tip oyunlara gəlməsinin qarşısını almaqdır”.

“Qafqazinfo” ittihamlara cavab almaq üçün “Park Cinema” şəbəkəsi ilə əlaqə saxlamağa çalışsa da, telefonlara cavab verilməyib. 

 


Digər xəbərlər

0.24079513549805