“Əli Abdalovun sosial şəbəkədə hesabı yoxdur”
Bir neçə gündür ki, sosial şəbəkələrdə məhbus Mehman Hüseynov tərəfindən döyüldüyü bildirilən 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun şəkilləri yayılır.
Hazırda Ə. Abdalova məxsus olduğu iddia edilən profil bağlıdır. Profildə həmin şəxsin müxtəlif vaxtlarda çəkdiyi şəkillər paylaşılıb.
“Qafqazinfo” sözügedən profilin Ə. Abdalova məxsus olub olmadığı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Nazirlikdən bildirilib ki, sosial şəbəkədə yayılan fotolardan xəbərdardırlar. Sadəcə həmin profilin Əli Abdalova məxsus olub olmadığını bilmirik. Ümumiyyətlə, dövlət qulluqçusu da sosial şəbəkə istifadəçisi ola bilər. Qanunla bu qadağan edilməyib”.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da qeyd edib ki, həmin şəkillərin haradan əldə edildiyini bilmir: “Mənim bildiyimə görə, Əli Abdalovun hər hansı sosial şəbəkə hesabı yoxdur. Onun şəklini yayıb təhqir edənlər, hədə-qorxu gələnlərə bu heç də başucalığı gətirmir. Məhkum Mehman Hüseynov məhkəmə zabitinə əl qaldırıb və onu vurub. Bununla bağlı da cinayət işi qaldırılıb. İstintaq zamanı və məhkəmə prosesində buna qiymət veriləcək”.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...