Tezliklə sərnişindaşımada vahid bilet olacaq

15:49 07-01-2019 | icon 2768
Tezliklə sərnişindaşımada vahid bilet olacaq

Taksi və qeyri-müntəzəm daşımalarda yeni platforma yaradılır.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib.

 

O bildirib ki, bu ildən taksi və qeyri-müntəzəm daşımalarda yeni platforma yaradılır, həmçinin sərnişin və yükdaşımalarda da bir sıra texnologiyaların tətbiqi nəzərdə tutulur. Belə ki, tezliklə sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Bu sistem ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını təmin edən bir sistemdir.

H.Həsənovun sözlərinə görə, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılıb. Taksi daşımalarında mövcud olan yeni sistemlərin Azərbaycanda da tətbiqini təkmilləşdirmək, onları vahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, onların dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda tənzimləmək planlaşdırılır.


Digər xəbərlər

0.26821804046631