“Neftçi”dən yeni transfer

15:52 07-01-2019 | icon 2817
“Neftçi”dən yeni transfer

“Neftçi” daha bir transferi rəsmiləşdirib. “Ağ-qaralar” Aqil Məmmədovla 1,5 illik müqavilə bağlayıb.
 
29 yaşlı qolkiper komandanın heyətində 30 nömrəli formanı geyinəcək.

 

Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.
 
Qeyd edək ki, "Neftçi" bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və həmyerlimiz Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.


Digər xəbərlər

0.21891617774963