Hüseynqulu Bağırovun ailə üzvlərinin Riqadakı oteli - Foto

08:50 08-01-2019 | icon 2929
Hüseynqulu Bağırovun ailə üzvlərinin Riqadakı oteli - Foto

Xəbər verildiyi kimi, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri- oğlu Lətif Bağırov, qızı Sevinc Bağırova, bacısı Duriya Nuriyeva, bibisi qızı Aliyə Nuriyeva, digər qohumu Liana Bağırova Latviyada ən iri azərbaycanlı investorlar statusundadır. Onların adına iki şirkət qeydiyyatdan keçib-“Stamina Hospitality Services”  və “NORDİC STAMİNA”.

Bu şirkətlərdən birincisi otel, sauna və digər qonaq evlərinin işlətməçiliyi, digəri isə özünə məxsus olan və ya kirayə götürülmüş daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğuldur.

 Hüseynqulu Bağırovun ailə üzvləri Liana, Sevinc və Lətif Bağırovların, eləcə də bacısı Duriyyə Nuriyevanın təsisçisi olduqları -“Stamina Hospitality Services”  şirkəti Riqada 3 ulduzlu və ailəvi “Annabella Hotel” otelini alıb. Bu oteldə qiymətlər 33 avrodan başlayır.

 

“Annabella Hotel” Riqanın mərkəzindən-şəhərin tarixi hissəsindən cəmi 7 km. məsafədə yerləşir(Caunes 15, Riga), Riqa aeroportundan isə 20 km. məsafədədir. Otelin 21 otağı var.

Ümumiyyətlə, şirkətlərin profili göstərir ki, Bağırovlar ailəsi Latviyada əsasən daşınmaz əmlaka yatırım edib və onların mülkiyyətində mənzillər, villalar, apartamentlər və digər otellər də ola bilər.


Digər xəbərlər

0.28784394264221