Enerji içkiləri bahalaşdı - Aksizdən sonrakı qiymətlər
Vergilər Nazirliyinin vergi qanunvericiliyinə etdiyi düzəlişlərin tətbiqinə başlanılıb.
Qanunun qəbulundan sonra energetik içki məhsullarına tətbiq olunan aksiz vergiləri nəzərə alınaraq cari ildən bu məhsulların yeni satış qiymətləri müəyyən olunub.
Aksiz vergisinin tətbiq olunması nəticəsində qiymətlərin 50% qalxacağı gözlənilsə də, 100% qiymət artımı müşahidə olunan məhsullar da var.
“Qafqazinfo” 2019-cu ildən energetik içkilərin qiymətlərinin gözlənilən yeni siyahısını əldə edib:
Bizon 0.25l: əvvəlki qiyməti 80 qəpik, yeni qiyməti 1.50 qəpik;
Bizon 0,5l: əvvəlki qiyməti 1,20 qəpik, yeni qiyməti 2,70 qəpik;
Hell 0,25 l: əvvəlki qiyməti 1 manat, yeni qiyməti 2 manat;
Yaguar 0,5 l: əvvəlki qiyməti 1,20 qəpik, yeni qiyməti 2,70 qəpik;
Yaguar 8% 0,5 l: əvvəlki qiyməti 2,30 qəpik, yeni qiyməti 3,10 qəpik;
Go gold və silver 8% 0,5 l: əvvəlki qiyməti 2,20 qəpik, yeni qiyməti 3 manat;
Redbull: 1 l üçün 90 qəpiklik artım müşahidə olunacaq.
Məlumat üçün bildirək ki, ölkədə ən çox istehlak olunan enerji içkilərindən biri “Redbull”un satışı yeni qiymətlərdən sonra əksər mağazalarda dayandırılıb. Mağaza işçilərinin sözlərinə görə, “Redbull”la yanaşı, digər enerki içkilərinin də qiymətində dəyişiklik olduğuna görə hələ ki, satış məhdudlaşdırılıb.
Xatırladaq ki, nazirlik aksizli malların siyahısı və onların vergi dərəcələrini nəzərdə tutan 190-cu maddəyə düzəlişlər təklif etmişdi.
Təklifə əsasən idxal olunan alkoqollu enerji içkilərinin hər litri üçün 2 manat, alkoqolsuz enerji içkiləri üçün 3 manat, hər siqar üçün 1 manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.
Sosial şəbəkədə hətta artım xəbərlərindən sonra marketlərə üz tutaraq əvvəlki qiymətlərlə xeyli enerji içkisi alan alıcıların fotosu da paylaşılır:(qafqazinfo)
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...