Usubov Bakıda 4 polis rəisini işdən çıxardı

18:59 08-01-2019 | icon 2849
Usubov Bakıda 4 polis rəisini işdən çıxardı

Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

 

Əmrə əsasən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.


Digər xəbərlər

0.29134297370911