Azərbaycan nefti bahalaşıb

10:22 09-01-2019 | icon 2827
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-i 59,69 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,42 dollar/barel çoxdur.

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 58,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,86 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 57,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,56 dollar/barel çoxdur.


Digər xəbərlər

0.30420804023743