Millimizin baş məşqçi postuna namizədlər - Siyahı

10:23 09-01-2019 | icon 400
Millimizin baş məşqçi postuna namizədlər - Siyahı
loading...

AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir. Federasiya ilə danışıqlar aparan bir çox mütəxəssislər təklifi geri çevirirlər. AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağı şərt qoyan AFFA baş məşqçilərdən "yox" cavabını alır. Azərbaycan millisində uğur qazanmaq potensialı görməyən çalışdırıcılar yığmamızı çalışdırmaqdan imtina edirlər.

“Azeripress” Sportal.az-a istinadən xəbər verir ki, namizədlərdən biri də Vinçenzo Montelladır. 44 yaşlı mütəxəssis 2018-ci ildə "Sevilya"dan ayrıldıqdan sonra işsizdir. İtaliyalı mütəxəssis "Katanya", "Fiorentina", "Sampdoriya", "Milan" klublarını da çalışdırıb.

Image result for vincenzo montella sevilla

 

2018-ci ildə "Torino"nu "Sportinq"ə dəyişən Sinişa Mihayloviçin Lissabon klubunda işi 10 günü keçmədi. Yeni prezidentin gəlişindən sonra serbiyalı ilə yollar ayrıldı. Mövsümün əvvəlindən işsiz olan 49 yaşlı mütəxəssisin adı namizədlərin siyahısında yer alıb. Mihayloviç "Bolonya", "Katanya", "Fiorentina", "Sampdoria", "Milan", "Torino" klublarını çalışdırıb. O, 2012-2013-cü illərdə Serbiya yığmasının "sükanı arxası"nda olub.

Related image

"Hayduk", PAOK, "Karabükspor", "Qalatasaray" və "Udineze" klublarını çalışdırmış 40 yaşlı xorvat çalışdırıcı İqor Tüdor da namizədlər siyahısının ön sıralarındadır.

Image result for Ä°GOR TUDOR

"İnter", "Udineze", "Panatinaikos" klublarını çalışdırmış 42 yaşlı italiyalı Andrea Stramaççioninin son iş yeri Çexiyanın "Sparta" klubu olub. Onun da adı namizədlər arasında hallanıb.

Image result for andrea stramaccioni

Səudiyyə Ərəbistanının "Əl-Fəhya" klubunun "sükanı arxası"nda olan 65 yaşlı serbiyalı Slavolyub Muslin də AFFA-ya agentlər tərəfdən önərilən məşqçilərdən biridir. 1989-cu ildən məşqçiliklə məşğul olan Slavolyub Muslin müxtəlif ölkələrdə "Bordo", "Lans", "Srvena Zvezda", "Levski", "Metallurq" (Donetsk), "Lokomotiv" (Moskva), "Lokeren", "Dinamo" (Minsk), "Anortosis", "Standard" kimi klubları çalışdırıb. 2016-2017-ci illərdə o, Serbiya yığmasına rəhbərlik edib. Muslin həmin vaxt ölkəsinin komandasını DÇ-2018-in final mərhələsinə daşısa da, vəzifəsindən qovulub.

Image result for Slavoljub Muslin 2018

Mövsümün gedişində Moskva "Spartak"ından ayrılan Massimo Karrera da federasiyanın diqqətində olub. 2014-16-cı illərdə İtaliya yığmasında məşqçilik edən 54 yaşlı mütəxəssisin yığma komanda çalışdırmaqda maraqlı olmadığı söylənilir.

Image result for Massimo Carrera

Agentlər tərəfindən təklif edilən Ərtoğrul Sağlamın işsiz günləri davam edir. 2004-cü ildən məşqçiliyə başlayan 49 yaşlı çalışdırıcı "Beşiktaş", "Bursaspor", "Traktor Sazi" kimi klubları çalışdırıb.

 

Image result for Ertugrul Saglam

Namizədlər arasında daha bir serbiyalı Miroslav Cukiçin adı var. 52 yaşlı mütəxəssisin son iş yeri "Partizan" olub. 2018-ci ildən işsiz olan çalışdırıcı "Real Valyadolid", "Valensiya", "Kordoba" kimi klubların baş məşqçisi olub. Mütəxəssis 2007-2008-ci illərdə Serbiya yığmasını çalışdırıb.

Image result for miroslav đukić la liga

Uzun illər köməkçi-məşqçi işləyən Fran Eskriba 2015-ci ildə "Elçe"nin "sükanı arxası"na keçdi. 53 yaşlı ispan mütəxəssis "Hetafe" və "Vilyarreal" klublarını çalışdırıb. Onun da adı namizədlər arasında hallanıb.

Image result for Fran Escribá

Əldə etdiyimiz məlumata görə, bu baş məşqçilərin çoxu millimizi çalışdırmaqda maraqlı olmayıb və təklifləri geri çeviriblər. Siyahı isə genişdir, AFFA axtarışları davam edir. AÇ-2020-nin seçmə mərhələsinin oyunları isə mart ayında start götürəcək. Çoxlu namizədlərlə danışıqlar aparan AFFA-nın əsas şərti Avropa çempionatına vəsiqə qazanmaqdır. Seçmə mərhələnin başlamasına iki ay qalmış Azərbaycan yığmasında bu uğuru qazanmağın mümkün olmayacağını görən və nüfuzunu itirmək istməyənlər rədd cavabı ilə kifayətlənirlər.


Digər xəbərlər

1.9704151153564