İcra başçısı 39 səyyar qəbul keçirib - Ötən ilin hesabatı
Nəsimi rayon İcra Hakimiyyəti ərazisində keçirilən səyyar qəbullar barədə vətəndaşların məlumatlandırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, yerlərdə keçiriləcək səyyar qəbulların qəbulu cədvəli əvvəlcədən təsdiq olunub, qəbullarda iştirak edəcək Rayon İcra Hakimiyəti aparatının məsul işçilərinin, mənzil, kommunal xidməti sahələri rəhbərlərinin və digər aidiyyəti qurumların nümayəndələrinin siyahısı tərtib edilib. Bütün keçirilən səyyar qəbullar məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulmasına xidmət edir.
Rayonda 2018-ci il ərzində 39 səyyar qəbul keçirilib, 3200-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 249 müraciət dinlənilib.
Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, gənclərin və yeniyetmələrin asudə vaxtlarının təşkili, aztəminatlılara yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub.
Görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək bildirib ki, dövlət başçımızın rəhbərliyi ilə respublikamızda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunub, dövlət idarəçiliyinin effektivliyi möhkəmlənib, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artıb, demokratik təsisatlar möhkəmləndirilib.
Qeyd olunub ki, son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrakstrukturu tamamilə yenilənib, əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilib, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılıb, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunub.
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...