Bakı metrosunda həyəcan - Qatarlar tuneldə qaldı
“Bakı Metropoliteni”ndə qatarların hərəkət cədvəlində problem yaranıb.
Sərnişinlərdən birinin verdiyi məlumata görə, bu gün saat 18:49 radələrində metronun “Əhmədli” stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb, 8 dəqiqəyə ünvana çatıb. Daha sonra çox aşağı sürətlə “Həzi Aslanov” stansiyasına çatıb.
Eyni problem “Xalqlar dostluğu” stansiyasında da baş verib. Belə ki, “Xalqlar dostluğu”ndan “Həzi Aslanova” hərəkət edən qatar ünvana 15 dəqiqəyə çatıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib.
Onun sözlərinə görə, “Həzi Aslanov” stansiyasında yolayırıcında texniki nasazlıq yaranıb: “Bu səbəbdən qatarların hərəkət intervalında 5 dəqiqə fasilə yaranıb. Hazırda problemin həlli istiqamətində tədbirlər görülür”.
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...