Kənd təsərrüfatı yükləri daşıyan vaqonlar dezinfeksiya olunur
Gürcüstanda əhali arasında "donuz qripi" (A-H1N1 tipi) xəstəliyinin yayılmasını və bu xəstəliyin insanlar vasitəsilə donuzlara ötürülmə ehtimalını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi qonşu ölkədən respublikamıza daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya işləri aparır.
Dövlət Baytarlıq Xidmətindən bildiriblər ki, həmçinin Rusiya, Ukrayna, Latviya, Belarus, Rumıniya, Argentina və digər ölkələrdən respublikamıza kənd təsərrüfatı və baytarlığa aid yüklər gətirən vaqonlar boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.
Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir. Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımi dezinfeksiya maddələri ilə təmin edilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında "donuz qripi" (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...