Xırdalanda işıq yanmır - “Azərişıq”dan açıqlama

18:26 10-01-2019 | icon 1617
Xırdalanda işıq yanmır - “Azərişıq”dan açıqlama

Kənd Binəqədi və Xırdalanın bir hissəsində dünən gecə saatlarından etibarən elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, güclü külək nəticəsində gecə saatlarında bir neçə elektrik xəttində problem yaşanıb:

 

“Güclü külək bir neçə elektrik xəttində qəza vəziyyətinin yaranmasına səbəb olub. Səhər saatlarından briqadalar tərəfindən işlər görülür. Hazırda bütün xətlər bərpa olunub. Gün ərzində bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq”.


Digər xəbərlər

0.2913658618927