Gülbahar ölən ərindən yazdı - “Heç olmasa, yuxuma gəl”

18:38 11-01-2019 | icon 2567
Gülbahar ölən ərindən yazdı - “Heç olmasa, yuxuma gəl”

“Zahid, başımın tacı... Axı mənə təsəllini sən verirdin, niyə belə sürpriz etdin? Niyə? Bəlkə də, məni qınayanlar olacaq, özümdən asılı deyil”. 

Bu sözləri əməkdar artist Gülbahar Şükürlü instaqram səhifəsində yazıb.  O, ötən ilin dekabrında dünyasını dəyişən həyat yoldaşı barədə paylaşım edərək özünə gələ bilmədiyini qeyd edib:

“Ay Allah, sənə qurban olum! Bu nə ağır yol imiş, dözə bilmirəm. Bu gediş nə dəhşət oldu? Zahid, doğrudan heç vaxt gəlməyəcəksən? Sən mənə vəfasızlıq etməmisən. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Mənim necə vəfalı olduğumu görəcəksən. Canımın içi, çox yandırdın bizi. Zahid, heç olmasa, yuxularıma gəl, yalvarıram”.

 



Digər xəbərlər

0.26837015151978