Heydər Əliyev Aeroportu yeni rekord müəyyənləşdirdi

18:47 11-01-2019 | icon 3339
Heydər Əliyev Aeroportu yeni rekord müəyyənləşdirdi

11 yanvarda Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. 

Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi “Buta Airways”in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşüb.

2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olub. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçub.

 

 

Digər xəbərlər

0.27183794975281